Çexiyanın Praqa şəhərində gənc cüdoçular arasında Avropa Kuboku turniri davam edir.
Fanat.Az xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə Azərbaycanın daha bir cüdoçusu medal qazanıb.
Belə ki, qızlar arasında mübarizə aparan Könül Əliyeva (48 kq) yalnız finalda məğlub olaraq ikinci yeri tutub.
Qeyd edək ki, yarışın il günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub. Daha bir təmsilçimiz Rəşad Quluzadə (66 kq) qitə kubokunda 2-ci yeri tutub. Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.
Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk iki günündə aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa Kubokuna 33 ölkədən 383 cüdoçu qatılıb. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.
Mirağa