İran cüdoçuları İsraildən olan idmançılarla mübarizədən sistematik yayındıqlarına görə beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Lenta.ru” məlumat yayıb.
Məlumata görə, əvvəlcə Beynəlxalq Cüdo Federasiyası (IJF) qeyri-müəyyən cəza müddətinin təbtiq olunmasını təkid edib. Ancaq İdman Arbitraj Məhkəməsi (CAS) İranın cüdo üzrə yığmasını beynəlxalq turnirlərdən dörd il müddətinə kənarlaşdırmağı qərara alıb. Diskvalifikasiya 2019-cu ildən sayılır.
Fanat.Az