13:00 12.07.2021 914

"...fikirləşə-fikirləşə qalmışam" - Rüstəm Orucov

Azərbaycan Olimpiya komandasının Tokio-2020-də bayraqdarı seçilən Rüstəm Orucov Fanat.az-ın suallarını cavablandırıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparacaq titullu cüdoçu yarış praktikasının azlığının Olimpiadadakı çıxışına təsiri, bayraqdar seçilməyinin əhval-ruhiyyəsində yaratdığı dəyişiklik və Oyunlardan sonrakı planları barədə danışıb. 

- Artıq uzun müddətdir ki, yarışlarda iştirak etmirsiniz. Yarış praktikasının azlığı Olimpiadadakı çıxışınıza təsir edəcək deyə  narahat deyilsiniz?

- 6 aydır ki, yarış güləşmirəm. Bu qədər uzaq qalmağımın səbəbi koronavirusa yoluxmağım oldu. 2 ay ərzində ciddi problemlər yaşadım, nəfəsim 20 faiz tutulmuşdu. Elə halda təbii ki, məşq edə bilməzdim. Ardınca yarışlar ard-arda düzüldü. Mən isə hazırlıqsız gedib güləşə bilməzdim. Ancaq son dünya çempionatına getmək istəyirdim, sadəcə, məşqçilər Olimpiadaya az vaxt qaldığını əsas gətirib məsləhət gördülər ki, qalsın.

- Olimpiadanın bayraqdarı seçildiniz. Bundan əvvəl Avropa Oyunlarında bayraqdar olduğunuzu nəzərə alsaq, ard-arda iki böyük tədbirdə bu missiyanın sizə həvalə olunacağını gözləyirdiniz? Ümumiyyətlə, belə məsuliyyətli bir yarış qabağı diqqətlərin əsasən sizin üzərinizdə olması necə hissdir?

- Xəbəri eşidəndə çox sevindim. Mənə çox böyük stimul verdi. Ona qədər düşünürdüm ki, 6 aydır yarış güləşmirəm, halım necə olacaq, mən orada neyləyəcəyəm... Bayraqdar seçiləndən sonra mənfi fikirlər ağlımdan çıxdı, əhval-ruhiyyəm tamam dəyişdi. Dedim ki, nəyin bahasına olur-olsun, bu yarışda mütləq medal qazanmalıyam. Avropa Oyunlarında bayraqdar olub, finala çıxmışdım. Olimpiadada ən yaxşısını etməyə çalışacağam.

- Artıq üçüncü Olimpiadanız olacaq. Yeri gəlmişkən, bu baxımdan Mehman Əzizovla  cüdomuzun şərikli rekordçususunuz. Əvvəlki müsahibələrinizin birində demişdiniz ki, Tokio sonuncu Olimpiadamdır. İndi nə düşünürsünüz, davam, ya tamam?

- Artıq qocalar qrupundayam(gülür). Sözün düzü, hələ qərar verə bilməmişəm. Fikirləşirəm, növbəti Olimpiadaya 3 il qalıb, mənim də o vaxt 32 yaşım olacaq. Üstəlik, reytinqdə öndəyəm, Parisə lisenziya qazanmağım çox çətin olmamalıdır. Bəlkə, gedib orada medal da ala bilərəm. Bir yandan da düşünürəm, cavanların önünü açmaq lazımdır. 12 ildir heç kimə yol vermirəm. Ancaq hələlik çəkimdə elə bir namizəd görmürəm. Bir il Hidayət daha yaxşı formadaydı, ard-arda nəticələr verdi. Sonradan toparlanıb onu dünya çempionatında da, reytinqdə də qabaqladım. Bilmirəm, fikirləşə-fikirləşə qalmışam. Görsəm ki, perspektivli bir gənc var, geri çəkiləcəyəm. Olmasa, məcburam özüm gedib bayrağımızı qaldırım. 

- Olimpiadanın tamaşaçısız keçirilməsi haqqında qərarı necə qarşıladınız?

- Mənim üçün bir fərqi yoxdur. Əksinə, bir az da rahatam ki, ev sahibi ilə düşsəm, ən azından dünya çempionatındakı atmosfer olmayacaq(red: 2019-cu ildə Tokioda keçirilən dünya çempionatının finalında yaponiyalı Şohey Ono ilə görüşünü nəzərdə tutur).

Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

Facebookdan bizi izləməyi unutmayın.
X