Cüdoçularımızın Tokio-2020-dəki rəqiblərinin sayı müəyyənləşib.
Fanat.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Oyunlarında ümumilikdə 129 ölkədən 393(200 kişi, 193 qadın) cüdoçunun mübarizə aparacağı gözlənilir.
Ən çox iştirakçı Rüstəm Orucovun çıxış edəcəyi 73 kiloqram çəki dərəcəsindədir - 36 nəfər. Ən az cüdoçu isə Uşanqi Kokaurinin yer aldığı +100 kq-dadır. Burada cəmi 22 idmançı qələbə uğrunda yarışacaq.
Kişilər
Kəramət Hüseynov(60 kq) - 23
Orxan Səfərov(66 kq) - 27
Murad Fətiyev(81 kq) - 34
Məmmədəli Mehdiyev(90 kq) - 33
Zelim Kotsoyev(100 kq) - 25
Qadınlar
Aişə Qurbanlı(48 kq) - 28
İrina Kindzerska(+78 kq) - 27
Qeyd edək ki, Tokio-2020 iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Cüdo yarışları 24-31 iyul aralığında baş tutacaq.
Sahib Əsədbəyli