Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak üçün müraciət edən ölkələrin sayı 10-a çatıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bolqarıstan, Kanada, Kolumbiya, Çexiya, Danimarka, Böyük Britaniya, Litva, Serbiya, Sloveniya və Venesueladan birlikdə 44 cüdoçunun adı ilkin iştirakçılar siyahısında yer alıb.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si Zəfər Günü öncəsi - 5-7 noyabrda keçiriləcək. Ev sahibi ölkənin hər çəkidə 4 idmançı ilə təmsil olunmaq hüququ var.