19:05 05.11.2021 1134

"Böyük Dəbilqə": Millimizdən bir dəst medal

Cüdoçumuz Munxtsedev İçinxorlu "Böyük Dəbilqə" turnirində final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, qadınların 57 kq çəki dərəcəsində çıxış edən monqolustanlı legioner "qızıl" uğrunda yaponiyalı Momo Tamaoki ilə üz-üzə gəlib.

Rəqibinə "ippon"la uduzan Munxtsedev gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan komandası ilk günü 1 qızıl, 1 gümüş və 1 bürünc mükafatla başa vurub.

*** 18:41​​​​​​

Azərbaycan cüdoçusu Orxan Səfərov Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.

Fanat.Az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda moldovalı Denis Vieru ilə qarşılaşıb.

Görüşün 58-ci saniyəsində rəqibinə "ippon" xalı ilə qalib gələn Avropa çempionumuz yarışda ölkəmizə ilk qızıl medalı qazandırıb.

60 kq-da çıxış edən Rövşən Əliyev isə bürünc medal uğrunda görüşdə monqolustanlı Sumiyabazar Enktaivanla üz-üzə gəlib və rəqibini məğlub edərək turniri üçüncü pillədə başa vurub.

60 kq-dakı digər təmsilçimiz Əhməd Yusifov yaponiyalı Hayato Kondoya, qadınların 48 kq çəkisində yarışan Şəfəq Həmidova isə İsraildən olan Şira Rişoniyə uduzaraq bürünc medalı əldən verib.

Bir qədər sonra qadınların 57 kiloqram çəki dərəcəsindəki yığma üzvü Munxtsedev İçinxorlu final görüşünə çıxacaq. Monqolustanlı legioner Yaponiya təmsilçisi Momo Tamaoki ilə münasibətləri aydınlaşdıracaq.

*** 15:11

 

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

Fanat.Az xəbər verir ki, kişilərin 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ilk görüşündə qırğızıstanlı Baybol Uulu Salamat, ardınca braziliyalı Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Burada ukraynalı Yevgeni Qonçarkonu məğlub edən 30 yaşlı Avropa çempionu finala vəsiqə qazanıb.  İkiqat dünya mükafatçımız qızıl medal uğrunda moldovalı Denis Vieru ilə üz-üzə gələcək.

Qadınların 57 kq-sındakı təmsilçimiz Munxtsedev İçinxorlu startda braziliyalı Olimpiya çempionu Rafaela Silvadan güclü olub. Ardınca belçikalı Mina Libeeri yenən milliləşdirilmiş monqolustanlı idmançı  yarımfinalda Almaniya cüdoçusu Paulin Starkı üstələyib. Beləliklə, Munxtsedev karyerasında ilk dəfə "Dünya Turu" seriyasından olan turnirdə finala adlayıb. O, həlledici dueldə yaponiyalı Momo Tamaoki ilə münasibətləri aydınlaşdıracaq.

 60 kq-dakı milli üzvü Balabəy Ağayev startda rusiyalı Damir Meremova qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Jaba Papinaşviliyə uduzub. Ağayev təsəlliverici görüşdə digər Azərbaycan təmsilçisi Əhməd Yusifovla qarşılaşıb. Görüşdən qalib ayrılan Yusifov bürünc medal uğrunda yaponiyalı Hayato Kondo ilə qarşılaşacaq.

Bu çəkidəki digər cüdoçu Turan Bayramov startda məhz Kondoya uduzaraq mübarizəni dayandırıb. 

Rövşən Əliyev isə 3-cü yer uğrunda monqolustanlı Sumiyabazar Enktaivanla qüvvəsini sınayacaq.

Qadınların 48 kq-sında yarışan Şəfəq Həmidova bürünc medal görüşündə Şira Rişoni ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu çəkidəki digər təmsilçimiz Aişə Qurbanlı ilk görüşdə avstriyalı Tanzerə, təsəlliverici mərhələdə isə israilli Şira Rişoniyə uduzub.

52 kq-da yarışan Ülviyyə Bayramova və Zeynəb Məmmədova ilk görüşdəncə turnirlə vidalaşıblar.

Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

***

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, öncə çəkisi 60, 66 kiloqram olan kişilər və 48, 52, 57 kq-larda yer alan qadınlar medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanın 13 təmsilçisi də bu gün tatami üzərinə çıxacaq.

Kişilər

60 kq

1/8 final

Balabəy Ağayev - Damir Meremov (Rusiya) 

Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)

Əhməd Yusifov - Ariunbold Enxtaivan (Monqolustan)

Turan Bayramov - Hayato Kondo (Yaponiya)

66 kq

1/16 final

İbrahim Əliyev - Yuci Aida (Yaponiya)

Tofiq Məmmədov - Danilo Xlopetski (Ukrayna)

1/8 final

Orxan Səfərov - Baibol Uulu Salamat (Qırğızıstan)

İsmayıl İbrahimov - Baqrati Niniaşvili (Gürcüstan)

Qadınlar

48 kq

1/4 final
Aişə Qurbanlı - Katarina Tanzer (Avstriya)

1/8 final
Şəfəq Həmidova - Rafaela Batista (Braziliya)

52 kq

1/8 final

Zeynəb Məmmədova - Annika Vurfel (Almaniya)

Ülviyyə Bayramova - Anastasiya Polikarpova (Rusiya)

57 kq

1/8 final
İçinxorlu Munxtsedev - Rafaela Silva (Braziliya)

Qeyd edək ki, üç gün davam edəcək yarışa 29 ölkədən 196 (129 kişi, 67 qadın) cüdoçu qatılıb. Ölkəmiz turnirdə 33 cüdoçu ilə təmsil olunur.

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

02 phrase_var_core.july 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 phrase_var_core.july 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

phrase_var_core.fb
X