Bakıda cüdo üzrə Böyük Dəbilqənin açılış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev iştirak edib.
Mərasimdə çıxış edən R.Nəbiyev əldə edilən qələbələrdən və idmana diqqətdən danışıb. O, həmçinin təkcə tatamidə deyil, döyüş meydanında da qələbə qazanaraq, 30 il işğalda olan əraziləri azad etdiklərini söyləyib. ACF prezidenti bütün idmançılara ədalətli mübarizə və uğurlar arzulayıb.
Bundan sonra M.Vizer bütün yarış iştirakçılarını salamlayıb. Cüdonun təbliğatı baxımından bu yarışı önəmli sayan funksioner COVID-19 problemi üzündən azarkeşlərin iştirak etmədiklərinə təəssüflənib.
O, daha sonra yarışı açıq elan edib.
Ardınca isə Dövlət Himni səsləndirilib.