19:26 06.11.2021 1134

"Böyük Dəbilqə": İki cüdoçumuzdan "bürünc"

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin bürünc medalını qazanıb.

Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov üçüncülük uğrunda almaniyalı Lukas Vennekoldla qarşılaşıb. İkiqat dünya mükafatçımız rəqibinə "qızıl xal"da "vaza-ari" ilə qalib gələrək yarışın bürünc medalını boynundan asıb.

81 kq-da isə iki Azərbaycan cüdoçusu üz-üzə gəlib. Elcan Hacıyev komanda yoldaşı Hasil Cəfərovu "vaza-ari" xalı ilə məğlub edərək üçüncü yeri tutub.

Beləliklə, millimizin yarışda qazandığı medalların sayı 5-ə çatıb (1 qızıl, 1 gümüş, 3 bürünc).

*** 15:45

 

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Fanat.Az xəbər verir ki, ikinci yarış günündə 11 təmsilçimiz tatami üzərinə çıxıb.

Kişilərin 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov ilk görüşdə Almaniya cüdoçusunu məğlub etsə də, 1/4 finalda rusiyalı Maxmadbek Maxmadbekova uduzub. Təsəlliverici görüşə qatılan Avropa çempionumuz burada Qırğızıstandan olan həmkarı Ertur Turdubayevi üstələyib. Heydərov bürünc medal uğrunda Almaniya millisinin digər üzvü Lukas Vennekolda üz-üzə gələcək. 

73 kq-dakı digər təmsilçilərimiz isə ilk görüşdəcə uduzaraq yarışla vidalaşıblar.

Olimpiya və ikiqat dünya vitse-çempionu Rüstəm Orucov yaponiyalı Ken Oyoşi ilə Rüfət Məmmədov Ryu Tsukamotoyla (hər ikisi Yaponiya), Telman Vəliyev isə L.Vennekoldla bacarmayıb.

81 kq-dakı təmsilçimiz Hasil Cəfərov ardıcıl olaraq gürcüstanlı Giqa Giqauri, avstriyalı Olimpiya mükafatçısı Şamil Borçaşvili və Yaponiya cüdoçusu Hikaru Tomokiyonu yenərək yarımfinala yüksəlib. Lakin bu mərhələdəki Dominik Druzeta (Xorvatiya) səddini keçə bilməyib. O, bürünc medal uğrunda komanda yoldaşı Elcan Hacıyevlə üz-üzə gələcək.

81 kq-da çıxış edən digər təmsilçilərimiz - Ömər Rəcəbli və Kərim Məmmədov ilk mərhələdə məğlubiyyət acısı yaşayıblar.

Həmçinin qadın cüdoçularımız startda uğursuzluqla üzləşiblər. 70 kq-da yarışan Günel Həsənli təsəlliverici görüşə qatılmaq hüququ əldə etsə də, burada Böyük Britaniyadan olan Kelli Petersenlə bacarmayıb.

Medal görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

***

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə çəkisi 73 və 81 kiloqram olan kişilər, 63 və 70 kq-larda yer alan qadınlar medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanın daha 11 təmsilçisi də bu gün tatami üzərinə çıxacaq.

Kişilər

73 kq

Hidayət Heydərov - Mixael Adam (Almaniya) /  Kornel Andries (Moldova) cütünün qalibi
Rüfət Məmmədov - Ryu Tsukamoto (Yaponiya)
Rüstəm Orucov - Uranbayar Odgerel (Molqolustan) / Ken Oyoşi cütünün qalibi
Telman Vəliyev - Lukas Vennokold (Almaniya)

81 kq

Elcan Hacıyev - Xaknazar Nazarov (Tacikistan) / Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi
Ömər Rəcəbli - Zebeda Rexviaşvili (Serbiya)
Hasil Cəfərov - Giqa Giqauri (Gürcütan)
Kərim Məmmədov - Murentsen Battulqa (Monqolustan)

Qadınlar

63 kq

Aytac Qardaşxanlı - Qabriella Moraes (Braziliya)

70 kq

Günel Həsənli - Lara Svjetko (Xorvatiya)
Südabə Ağayeva - Utana Terada (Yaponiya)

Qarşılaşmalar Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medal görüşlərinə 17:00-da start veriləcək.

Qeyd edək ki, ilk gündə mübarizə aparan təmsilçilərimizdən Orxan Səfərov (kişilər, 66 kq) qızıl, Munxtsedev İçinxorlu (qadınlar, 57 kq) gümüş, Rövşən Əliyev (kişilər, 60 kq) bürünc medal qazanıb.

29 ölkədən 196 (129 kişi, 67 qadın) cüdoçunun qatıldığı turnirə noyabrın 7-də yekun vurulacaq.

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X