Azərbaycan cüdoçuları Türkiyanın Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.
Fanat.Az xəbər verir ki, hazırlıq prosesinə böyüklər və gənclərdən ibarət milli komandalarımız qatılacaq.
Təlim-məşq toplanışına yanvarın 8-də start veriləcək və ayın 15-dək davam edəcək.
Qeyd edək ki, yığma komandalarımız sonuncu hazırlığını Göygöl Olimpiya İdman Kompleksində keçib.