Azərbaycanın gənclərdən ibarət cüdo millisinə yeni baş məşqçi təyin edilib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu posta keçmiş dünya və Avropa çempionu Elxan Məmmədov gətirilib.
Qeyd edək ki, E.Məmmədov 2018-2021-ci illərdə kişilərdən ibarət yığmanın böyük məşqçisi olub. ACF-nin əvvəlki rəhbərliyi Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuzluq səbəbindən onu ötən ilin avqustunda məşqçilər heyətinin digər üzvləri ilə birlikdə istefaya göndərmişdi.