Azərbaycanın qadınlardan ibarət cüdo yığması 17-19 fevralda Təl-Əvivdə keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılmayacaq.
Bu barədə Fanat.Az-a millinin baş məşqçisi Rəşad Məmmədov məlumat verib.
47 yaşlı çalışdırıcı yığmanın İsrail paytaxtına yollanmamasını heyətin aparıcı üzvlərinin hazırda bərpa dövrü keçməsi ilə əsaslandırıb: "Leyla Əliyeva və Gültac Məmmədəliyeva məşqlərə yeni başlayıblar. Olimpiya mükafatçımız İrina Kindzerska da hazırda zədəsini sağaltmaqla məşğuldur. Üstəlik, hələ ki, yarışlar Olimpiadaya reytinq xalları qazandırmır. Ona görə də qərara gəlmişik, yığma martın sonlarında Gürcüstanda keçiriləcək "Böyük Dəbilqə"də iştirak eləsin. Ona qədər gəncləri Avropa açıq turnirlərində sınaqdan keçirəcəyik".
Qeyd edək ki, Təl-Əvivdəki "Böyük Dəbilqə"də kişilərdən ibarət millimizin 12 üzvü iştirak edəcək.
Sahib