19:55 17.02.2022 1081

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.

Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə özbəkistanlı Obidxon Nomonovla üz-üzə gəlib. Rəqibinə "qızıl xal" bölümündə "vaza-ari" xalı ilə qalib gələn Heydərov yarışın baş mükafatını qazanıb.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk günündə mübarizəyə qoşulan Azərbaycan təmsilçilərindən Yaşar Nəcəfov (66 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb. Sabah - yarışın son günündə millimizin daha 5 üzvü - Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.

***

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç cüdoçusu mübarizəyə qoşulub. Kişilərin 66 kiloqram çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov startda ukraynalı Yevgen Qonçarkonu, ardınca israilli Eylon Barşeşeti yenib. 1/4 finalda Martin Qayteronu (İspaniya) da yolundan uzaqlaşdıran Yaşar yarımfinalda Xerlen Qanbolda (Monqolustan) "qızıl xal"da "ippon"la qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə ev sahibi Barux Şmailovla üz-üzə gələcək.

Kəramət Hüseynov (60 kq) startda braziliyalı Rayan Konseysaonun müqavimətini qırıb. 23 yaşlı dünya və Avropa mükafatçısı növbəti mərhələdə Monqolustandan olan Sumiyabazar Enxtayvanı yenib. Lakin cüdoçumuz yarımfinalda qazaxıstanlı Baurjan Narbayevlə bacarmayıb. Hüseynov bürünc medal uğrunda Qazaxıstanın digər təmsilçisi Şamşadin Maqjanla qarşılaşacaq.

Eyni çəkidəki Balabəy Ağayev İsrail cüdoçusu Matan Kokolayevi məğlub etsə də, 1/4 finalda monqolustanlı Tsoqt-Oçir Byambayavə uduzub. Ağayev təsəlliverici görüşdə qazaxıstanlı Şamşadin Maqjana yenilib və yarışı 7-ci sırada başa vurub.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə Azərbaycan 9 kişi cüdoçu ilə qatılıb. Sabah Hidayət Heydərov (73 kq), turnirin son günündə - fevralın 19-da isə Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

Facebookdan bizi izləməyi unutmayın.
X