"Bu, mənim üçün böyük şərəfdir. Hər kəsi Paris-2024-də qələbə naminə bir araya gətirməliyik".
Fanat.Az xəbər verir ki, bunu cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Riçard Trautman təyinatı barədə danışarkən deyib.
53 yaşlı almaniyalı mütəxəssis etimada görə Azərbaycan Cüdo Federasiyasına minnətdarlığını bildirib: "Məqsədimiz millidə ən yaxşı nəticələri göstərməkdir.
Gənclər arasında istedadlıları üzə çıxararaq onları yetişdirmək çox vacibdir. Hər bir idmançıya fərdi yanaşma tətbiq edəcəyik. Hər kəsi mümkün qədər yaxşı hazırlaşdırmağa çalışacağıq. Hər kəslə işləməkdən çox məmnun olaram. Məqsədlərimizdən biri də Azərbaycan dilini öyrənməkdir ki, sadə danışıqlarda tətbiq edə bilək".