Ukraynanın məşhur cüdoçusu, dünya çempionu Georgi Zantaraya Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə "Instagram hesabında paylaşım edib.
Ölkə bayrağı və gerbi fonunda avtomatı göstərən gürcü əsilli cüdoçu hazırda paytaxt Kiyevdə olduğunu və sonadək mübarizə aparacağını bildirib.
Qeyd edək ki, G.Zantaraya 2009-cu ildə dünya, 2011 və 2017-ci illərdə isə Avropa çempionatının qalibi olub.
Sahib