Martın 5-dən 6-dək Çexiyanın paytaxtı Praqada cüdo üzrə açıq Avropa turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 6 qadın cüdoçusu iştirak edəcək.
Millinin heyətində Aydan Vəliyeva, Aişə Qurbanlı (48 kq), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.