15 yaşadək yeniyetmələr arasında cüdo üzrə bölgə birincilikləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cari ilin mart ayından başlayaraq aprel ayının ilk günlərinədək respublikanın 8 bölgəsində (54 rayon və şəhərin iştirakı ilə) 15 yaşa qədər yeniyetmə cüdoçuların bölgə birincilikləri təşkil olunacaq.
İlk turnirlər mart ayının 5-i Naxçıvan və Göygöldə, növbəti yarışlar mart ayının 7-si Mingəçevirdə, 12-si Balakəndə, 14-ü İsmayıllıda, 16-sı Qusarda, 18-i Masallıda, 6-7 aprel tarixlərində isə Sumqayıtda təşkil olunacaq.
Yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirin mükafatçıları 6-8 may tarixlərində Bakıda keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.