Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı özü məlumat verib.
31 yaşlı cüdoçu qərarını "İnstagram" səhifəsi üzərindən açıqlayıb: "Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.