Cüdo üzrə böyüklərdən və gənclərdən ibarət yığma komandaların Göygöl şəhərində birgə təlim-məşq toplanışı başlayıb.
Fanat.Az xəbər verir ki, 85 cüdoçunun cəlb edildiyi təlim-məşq toplanışının əsas məqsədi idmançıların bacarıqlarını təkmilləşdirmək və 1-3 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirinə, həmçinin 29 aprel – 1 mayda Bolqarıstanda təşkil olunacaq Avropa çempionatına hazırlıqdır.
Qeyd edək ki, təlim-məşq toplanışı mart ayının 19-a kimi davam edəcək.