Azərbaycanın kişi və qadınlardan ibarət cüdo millilərinin aprelin 1-dən 3-dək Türkiyənin Antalya şəhərində keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər korpusu yarışa ümumilikdə 17 idmançı (13 kişi, 4 qadın) sifariş edib. Heyətdə Yay Olimpiya Oyunlarının gümüş mükafatçıları Rüstəm Orucov, Elmar Qasımov, Avropa çempionu Orxan Səfərov kimi titullu idmançılar da yer alıb.
Kişilər: Rövşən Əliyev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, İmran Yusifov (hər ikisi +100 kq).
Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Günel Həsənli (70 kq).
Qeyd edək ki, "Böyük Dəbilqə"də 66 ölkədən 552 cüdoçunun iştirakı gözlənilir.