19:14 03.04.2022 642

"Böyük Dəbilqə": Elmar Qasımovdan bürünc medal

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı cüdoçunun rəqibi kanadalı Kayl Reyes olub. Rəqibinə "ippon" xalı ilə qalib gələn Qasımov yarışın bürünc medalına sahib çıxıb.

Beləliklə, "Böyük Dəbilqə"yə 17 nəfərlik heyətlə qatılan Azərbaycan millisi turniri bir medalla başa vurub.

 

*** 16:30

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda gürüşə çıxacaq.

Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/32 final mərhələsində Qriqori Minaskini (Estoniya), daha sonra Marko Kumriç (Xorvatiya) və Şadi Elnahası (Kanada) məğlub edib.

1/4 finalda Nikoloz Şerazadişviliyə (İspaniya) uduzan 31 yaşlı cüdoçu təsəlliverici görüşdə Eşli Qonzalezə (Rumıniya) qalib gəlib. O, bürünc medal uğrunda həlledici görüşdə Kanadanın digər təmsilçisi Kayl Reyeslə üz-üzə gələcək.

Eyni çəkidəki Zelim Kotsoyev 1/16 finalda Mert Şişmanları (Türkiyə) yensə də, ardınca Kayl Reyeslə (Kanada) dueldən məğlub ayrılıb.

90 kq-da yer alan Rüfət İsmayılov 1/32 finalda Georgi Qramatikovu (Bolqaristan) mübarizədən kənarlaşdırsa da, Komronşox Ustopiriyonla (Tacikistan) bacarmayıb.

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/16 finalda Lorenzo Aqro Silvayna (İtaliya), növbəti mərhələdə Sven Heynleyə (Almaniya) qalib gəlib. Lakin o, yarımfinala uğrunda görüşdə Alişer Yusupovla (Özbəkistan) bacarmayıb. Təsəlliverici görüşdə Timur Raximova (Tacikistan) uduzan Kokauri yeddinci yerlə kİfayətlənib.

Eyni çəkidəki İmran Yusifov 1/16 finaldakı ilk qarşılaşmasında Marius Fizelə (Slovakiya) yenilib.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin əvvəlki iki yarış günündə tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.

***

Azərbaycanın daha 5 cüdoçusu bu gün Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, yarışın sonuncu günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/32 final mərhələsində Qeorqi Qramatikovla (Bolqaristan) üz-üzə gələcək.

100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya), Zelim Kotsoyev 1/16 finalda Nulixan Şarxan (Qazaxıstan) - Mert Şişmanlar (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

100 kq-dan yuxarı çəkidə yer alan İmran Yusifov 1/16 finalda Marius Fizellə (Slovakiya), Uşangi Kokauri isə eyni mərhələdə Mirça Kroytoru (Rumıniya) - Lorenzo Aqro Silvayn (İtaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, əvvəlki iki yarış günündə tatamiyə çıxmış 12 cüdoçumuz medal qazana bilməyib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:50

MPL: "Səbail" - "Zirə" oyununda heyətlər bilindi, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

Facebookdan bizi izləməyi unutmayın.
X