Azərbaycanın böyüklərdən və gənclərdən ibarət cüdo yığmaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, aprelin 10-dək davam edəcək hazırlıq prosesinə 1-3 apreldə Antalyada keçirilən "Böyük Dəbilqə"də iştirak edən idmançılarla yanaşı, yığmanın digər üzvləri də qoşulub.
Ümumilikdə toplanışda 34 qadın, 54 kişi idmançı iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan millisi "Böyük Dəbilqə"ni bir medalla başa vurub. Kişilərin mübarizəsində Elmar Qasımov (100 kq) bürünc medala sahib çıxıb. Milli 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında çıxış edəcək.