Mayın 7-8-də Fransanın Nant şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının məşqçilər korpusu turnirə 15 oğlan cüdoçu sifariş edib. Bunlar Turan Bayramov, Nurlan Kərimli (hər ikisi 60 kq), Qasım Vəlizadə, Elvin Bağırov (66 kq), Məmmədrza Hacızadə, Vüsal Qələndərzadə, Qədir Hüseynov (73 kq), Ömər Rəcəbli, İsmayıl Zamanov (81 kq), Vüqar Talıbov, Nihad Şıxəlizadə (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq) və Kənan Nəsibovdur (+100 kq).
Turnirdə bu günədək 15 ölkədən 219 cüdoçu iştirakını təsdiqləyib.
Qeyd edək ki, gənc cüdoçularımız bundan əvvəl - 23-24 apreldə Polşanın Poznan şəhərində keçiriləcək Avropa Kubokunda qüvvəsini sınayacaq. Həmin yarışda 22 (17 oğlan, 5 qız) cüdoçumuzun iştirakı nəzərdə tutulub.