23-24 apreldə Fransanın Strasburq şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 15 oğlan və 3 qız cüdoçu təmsil edəcək.
Oğlanlar: Məhəmməd Məmişov, Xəlid Məmmədov (hər ikisi 50 kq), Məhəmməd Musayev, Xanəhməd Şərifov, Şahin Oruczadə (hamısı 55 kq), Nizami İmranov, Mehdi Cəfərov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov, Zaur Sarıoğlu (90 kq).
Qızlar: Xumar Qasımzadə (44 kq), Fidan Qasımova (52 kq), Fidan Əlizadə (57 kq).
Qeyd edək ki, Avropa Kubokunda 20 ölkədən ümumilikdə 366 idmançı medallar uğrunda mübarizə aparacaq.