Cüdo üzrə Azərbaycan millisi Xorvatiyanın Dubrovnik şəhərində keçirilmiş Avropa Kubokunda komanda hesabında birinci olub.
Fanat.Az xəbər verir ki, 25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçu ilə təmsil olunan komandamız 4 qızıl və 1 bürünc medal qazanıb.
Bununla da Azərbaycan medal əyarına görə, komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, millinin heyətində İsmayıl İbrahimov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tskayev (81 kq) və İmran Yusifov (+100 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıb.