Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku yarışında daha 3 medal qazanıblar.
Fanat.Az xəbər verir ki, oğlanlar arasında yarışda təmsilçimiz, Buenos-Ayres 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi Vüqar Talıbov (90 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Qızlar arasında mübarizə aparan Könül Əliyeva (48 kq) və Səbinə Əliyeva (57 kq) isə yalnız finalda uduzaraq gümüş medal əldə ediblər.
Beləliklə, komandamız turniri 5 medalla başa vurub. Daha əvvəl Aytac Qardaşxanlı (63 kq) qızıl, Qədir Hüseynov (73 kq) bürünc medala sahib olublar.
İki gün davam edən turnirdə 17 ölkədən 287 idmançı yarışıb. Azərbaycan turnirdə 22 cüdoçu ilə təmsil olunub.