13:46 19.05.2022 309

Cüdo federasiyası müsabiqə elan etdi

Azərbaycan Cüdo Federasiyası (ACF) jurnalistlər arasında müsabiqə elan edib.

Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, bu addım Milli Mətbuat Günü ərəfəsində ölkədə cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə atılıb.

Müsabiqədə bütün növ media (TV, radio, qəzet, jurnal, sayt, sosial media) nümayəndələri iştirak edə bilər.

Materiallar 5 alt mövzu - Azərbaycanda cüdonun tarixi, Azərbaycanın cüdo qəhrəmanları, Cüdonun fəlsəfəsi, Cüdo - elitar idman növü kimi, Uşaqların sağlam inkişafında cüdonun rolu üzrə aparılacaq.

Jurnalistlər 20 may – 10 iyul ərzində yayımlanacaq materialları təqdim edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən media mənsubları hazırlayacaqları materialların linklərini [email protected] ünvanına mövzu hissəsinə müsabiqənin 5 alt mövzusunun uyğun olan birinin adını qeyd edərək göndərməlidirlər.

Materialların internet resurslarında yayımlanmasını və qalıcılığını təmin etmək üçün müsabiqəyə materialların təqdim olunması yalnız internet üzərindən e-mail vasitəsilə həyata keçirilir. Ənənəvi media (TV, radio, qəzet, jurnal) nümayəndələri müsabiqə materiallarını öz malik olduqları internet resurslarının hər hansı birində (sayt, “Youtube” kanalı, sosial media hesabları və s.) yerləşdirərək linkini təqdim edə bilər. Materialların göndərilməsi üçün son tarix 10 iyul saat 23:59-dur. Bir media qurumu adından maksimum 3, bir jurnalist tərəfindən isə yalnız 1 material təqdim edilə bilər. Multimedia (video, fotoslayd, infoqrafika) elementlərinin istifadə olunduğu materiallara əlavə üstünlük veriləcək.

Təqdim olunacaq materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqlarının qorunması, plagiat olmaması araşdırılacaq. Materialları qiymətləndirəcək 5 nəfərdən ibarət münsiflər heyətinin üzvlərinin kimliyi obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək açıqlanmayacaq. Hər bir jüri nümayəndəsi materiallara fərdi qiymət verəcək və 5 münsifin verdikləri qiymətlər toplanaraq ümumi nəticə çıxarılacaq.

Jürinin qiymətləndirməsi ilə ən çox bal toplayan 10 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyi ərəfəsində elan ediləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:50

MPL: "Səbail" "Zirə"yə uduzur - YENİLƏNİR

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X