Azərbaycan cüdo yığmalarının 3-5 iyunda Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti məlum olub.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda ölkəni ümumilikdə 10 cüdoçu (8 kişi, 2 qadın) təmsil edəcək. Bunlar əsasən ikinci heyət üzvləridir.
Kişilər: Rövşən Əliyev, Turan Bayramov (hər ikisi 60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Elcan Hacıyev, Zelim Tskayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq).
Qadınlar: Aişə Qurbanlı, Şəfəq Həmidova (hər ikisi 48 kq).
Qeyd edək ki, "Böyük Dəbilqə"də 38 ölkədən ümumilikdə 286 cüdoçunun iştirakı gözlənilir.