4-5 iyunda Avstriyanın Qras şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda 37 ölkədən 513 idmançı mükafatlar uğrunda mübarizə aparacaq. Azərbaycan komandası turnirdə 14 oğlan cüdoçu ilə təmsil olunacaq.
Baş məşqçi Elxan Məmmədov heyətə Nicat Şirinov (60 kq), Qasım Vəlizadə, Aydın Rzayev (hər ikisi 66 kq), Çingiz Fəttahov, Vüsal Qələndərzadə, Qadir Hüseynov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli, İsmayıl Zamanov (hamısı 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Rəsul Aydəmirov (hər ikisi 100 kq),
Hüseyn Məmmədov və Kənan Nəsibovu (hər ikisi +100 kq) cəlb edib.
Turnirdə həmçinin, Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Yarışdan sonra idmançılarımız 6-8 iyunda Qrasda, 8-12 iyun tarixlərində isə Leybnits şəhərində keçiriləcək təlim-məşq toplanışlarına qatılacaqlar.