Yunanıstanın Heraklion şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatında fərdi yarışa yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan komandası çıxışını 9 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurub.
Bu nəticə ilə ölkəmiz ümumkomanda hesabında birinci yeri tutub.
İdmançılarımız sabah komanda yarışında mübarizə aparacaq.