Bakı Olimpiya Stadionunda 40-dan çox əcnəbi cüdoçunun iştirakı ilə təlim-məşq toplanışı keçirilir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, iyunun 10-dək davam edəcək toplanışa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto Rikodan yüksək səviyyəli idmançılar qatılıblar.
Onlar arasında son Avropa çempionları Boqdan Yadov (66 kq), Maykl Korrel (100 kq), Jur Spijkers (+100 kq) və ötənilki Panamerika çempionu Adrian Qandia da yer alıb.