Cüdo üzrə Azərbaycan yığması növbəti "Böyük Dəbilqə" turnirini buraxacaq.
Fanat.Az xəbər verir ki, bu, iyunun 24-də Monqolustanın paytaxtı Ulan-Batorda start götürəcək yarışdır.
Sözügedən turnirdə 29 ölkədən 275 idmançının iştirakı gözlənilir.
Saytımıza danışan Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova qərarı belə şərh edib:
"Bu ilin cüdo təqvimi kifayət qədər zəngindir. Bu məqsədlə yığmamız hazırda Xorvatiyanın Poreç şəhərində təlim-məşq toplanışı keçir. Təlim-məşq toplanışı 21 iyuna qədər davam edəcək. Məşqçilər heyəti qarşıdakı turnirlərin əhəmiyyət dərəcəsini nəzərə alaraq və cüdoçularımızın daha önəmli yarışlar üçün performansını maksimum yüksəltməsi üçün Monqolustandakı "Böyük Dəbilqə"yə qatılmamağı məqsədəuyğun hesab edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri ilk dəfə Monqolustanda keçiriləcək. İndiyədək bu ölkədə Qran-Pri yarışları təşkil olunub.
Sahib