2-3 iyulda Rumıniyanın Kluj-Napoka şəhərində Açıq Avropa turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, ölkəmizi yarışda 14 kişi və 3 qadın idmançı təmsil edəcək.
Kişilərdən ibarət komanda böyük məşqçi Elçin İsmayılov və məşqçi Mehman Əzizovun, qadınlardan ibarət yığma isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
ACF-nin “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
Turnirdə 33 ölkədən ümumilikdə 62 qadın və 150 kişi cüdoçu mübarizə aparacaq.
Kişilər
60 kq
Rəşad Yelkiyev
Nazir Talıbov
66 kq
Ruslan Paşayev
Tofiq Məmmədov
Tofiq Əliyev
Elçin Hüseynov
73 kq
Nəriman Mirzəyev
Telman Vəliyev
Nurlan Osmanov
Zaməddin Poladov
81 kq
Hasil Cəfərov
Kərim Allahverdiyev
90 kq
Murad Fətiyev
+100 kq
İmran Yusifov
Qadınlar
48 kq
Ramilə Əliyeva
70 kq
Südabə Ağayeva
Günel Həsənli