16-17 iyulda Macarıstanın Paks şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 4 qız cüdoçu təmsil edəcək 52 kq-da Rita Əliyeva, 57 kq-da Səbinə Əliyeva və Lətifə Abbasova, 78 kq-da isə Nərmin Əmirli tatami üzərinə çıxacaq.
Qeyd edək ki, Avropa Kubokunda bu günədək 31 ölkədən 337 cüdoçunun iştirakı təsdiqlənib.