İyulun 8-dən 10-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə növbəti "Böyük Dəbilqə" turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, ölkəmiz yarışda 11 kişi cüdoçu ilə təmsil olunacaq. Heyətdə Olimpiya Oyunlarının gümüş mükafatçıları Rüstəm Orucov, Elmar Qasımov, ikiqat Avropa çempionu Hidayət Heydərov, həmçinin, yığmanın yeni milliləşdirilmiş üzvü, dünya çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Səid Mollayi də yer alıb.
Heyət: Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tskayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq),, Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq).
Qeyd edək ki, "Böyük Dəbilqə"də 63 ölkədən ümumilikdə 434 cüdoçu iştirak edəcək.