Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparacaq.
Kişilərin 60 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Əliyev startda Mirzohid Mahammadjonov (Özbəkistan) ilə qarşılaşacaq. Eyni çəkidəki Əhməd Yusifovun ilk rəqibi isə Angelo Pantano (İtaliya) olacaq.
66 kq çəkidəki Yaşar Nəcəfov Raximjon Subhonovun (Özbəkistan) müqavimətini qırmağa çalışacaq. Eyni çəkidə yer alan İbrahim Əliyev isə Yanislav Gerçevlə (Bolqarıstan) qüvvəsini sınayacaq..
Təmsilçilərimizin hamısı mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq.
Qeyd edək ki, Azərbaycan millisi üç gün davam edəcək "Böyük Dəbilqə"də 11 kişi cüdoçu ilə təmsil olunur.