21:02 09.07.2022 656

"Böyük Dəbilqə": Azərbaycan cüdoçularından bir dəst medal

Azərbaycan cüdoçusu Səid Mollayi Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yer alan 30 yaşlı idmançı həlledici dueldə braziliyalı Gilyerme Şmidtlə üz-üzə gəlib. "Qızıl xal" bölümündə üçüncü xəbərdarlıq alan Mollayi qarşılaşmadan məğlub ayrılıb.

Beləliklə, Azərbaycan yığması günü 3 medalla başa vurub. Xatırladaq ki, daha əvvəl 73 kq-da mübarizə aparan Hidayət Heydərov qızıl, eyni çəkidəki Rüstəm Orucov bürünc mükafat qazanıb.

*** 20:02

 

Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı ikiqat Avropa çempionu finalda olimpiya, dünya və Avropa çempionu gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Rəqibinə "qızıl xal"da "vaza-ari" ilə qalib gələn Heydərov yarışın qızıl medalına sahib çıxıb.

Daha əvvəl isə eyni çəkidə mübarizə aparan Rüstəm Orucov 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenərək bürünc medal qazanıb.

*** 17:37

Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov ardıcıl olaraq, ABŞ təmsilçisi Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradanı məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı olimpiya, dünya və Avropa çempoonu Laşa Şavdatuaşvili ilə üz-üzə gələcək.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Maqdiel Estrada olacaq.

81 kq-da isə Səid Mollayi adını finala yazdırıb. Yığmada debüt edən cənubi azərbaycanlı cüdoçu əvvəlcə yunanıstanlı Atanasios Milonelisi mübarizədən kənarlaşdırıb. 1/8 finalda israilli Saqi Mukidən, növbəti mərhələdə isə qırğızıstanlı Asad Masabirovdan güclü olan Mollayi finala gedən yolda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşviliyə qalib gəlib.

İran bayrağı altında 2018-ci ildə Bakıda keçlrilən dünya çempionatının qızıl medalını qazanan 30 yaşlı idmançının həlledici dueldə  rəqibi Vedat Albayrak (Türkiyə) / Gilyerme Şmit (Braziliya) cütünün qalibi olacaq

Eyni çəki dərəcəsində yarışan Zelim Tskayev isə ilk görüşdən qalib ayrılsa da, 1/8 finalda Vedat Albayraka uduzaraq turniri medalsız başa vurub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:51

MPL: "Səbail" "Zirə"yə qarşı - YENİLƏNİR

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X