Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kodzhakova (Bəhreyn), Çarli Yanqa (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.
Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.
Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.
66 kq-dakı Kəramət Hüseynov 16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.
Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-dakı Gültac Məmmədəliyeva eyni raundda Maria Tabaya (Braziliya) məğlub olub.
Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.