Azərbaycan cüdoçuları Slovakiyanın Banska-Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) üçüncü medalı qazanıb.
Fanat.Az xəbər verir ki, oğlanların 60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Kərimli finalda niderlandlı Yohem Van Hartenlə qarşılaşıb. Rəqibinə "ippon"la uduzan idmançımız gümüş mükafatla kifayətlənib.
Beləliklə, cüdoçularımız ilk yarış gününü 3 medalla tamamlayıb. Daha əvvəl oğlanların 55 kq çəkisindəki Murad Əliyev və qızların 48 kq-sında yer alan Könül Əliyeva da gümüş medala sahib çıxıb.
Qeyd edək ki, EYOF-da cüdo yarışları iyulun 30-dək davam edəcək. İlk dörd gündə fərdi, son gündə isə komanda mübarizəsi baş tutacaq. Azərbaycan yarışda 12 cüdoçu ilə təmsil olunur.
***
Azərbaycan cüdoçusu Könül Əliyeva Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, qızların 48 kq çəkisində mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı İlariya Finestronenə uduzaraq, gümüş medal qazanıb.
***
Azərbaycan cüdoçusu Murad Əliyev Slovakiyanın Banska-Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finalda gürcüstanlı Daviti Lomitaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Əliyev ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün, həmçinin, 48 kq-da Könül Əliyeva və 60 kq-da Nurlan Kərimli də final görüşünə çıxacaqlar.
***
Azərbaycanın üç cüdoçusu Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.
Fanat.Az xəbər verir ki, oğlanların 55 kiloqram çəki dərəcəsində yer alan Murad Əliyev ardıcıl olaraq David Erriçiellonu (İtaliya), Vahe Ağasyanı (Ermənistan) və Tuncay Türkmanı (Türkiyə) yenərək həlledici görüşə vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda gürcü Daviti Lomitaşvili ilə üz-üzə gələcək.
60 kq-da mübarizə aparan Nurlan Kərimli Matey Klobuçnik (Slovakiya), Manuel Parlati (İtaliya) və Florian Boker (Almaniya) ilə duellərdən qalib ayrılıb. Onu finaldakı rəqibi niderlandlı Yohem Van Harten olacaq.
Qız cüdoçumuz Könül Əliyeva (48 kq) 1/4 finalda Belçika, ardından Böyük Britaniya cüdoçusunu yenərək adını finala yazdırıb. İdmançımız baş mükafat uğrunda italiyalı İlaria Finestrone ilə qarşılaşacaq.
Qızların 44 kq çəkisində yer alan Xumar Qasımzadə isə bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi fransalı Klara Mermet olacaq.
Qeyd edək ki, EYOF-da cüdo yarışları iyulun 30-dək davam edəcək. İlk dörd gündə fərdi, son gündə isə komanda mübarizəsi keçiriləcək. Azərbaycan yarışda 12 cüdoçu ilə təmsil olunur.
***
Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) bu gün cüdo yarışlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxacaq.
Oğlanların 55 kq çəki dərəcəsində yer alan Murad Əliyev 1/8 finalda David Erriçiellonu (İtaliya) sınağa çəkəcək. 60 kq-da mübarizə aparan Nurlan Kərimli isə eyni mərhələdə Matey Klobuçnik (Slovakiya) ilə üz-üzə gələcək.
Qızlardan Xumar Qasımzadə (44 kq) startda Tanzila Muntsurova (Avstriya) ilə, Könül Əliyeva Martina Sekova (Slovakiya) / Viktoriya Sibille (Belçika) cütünün qalibi ilə qüvvəsini sınayacaq. Hər iki idmançımız mübarizəyə 1/4 finaldan qoşulacaq.
Qeyd edək ki, EYOF-da cüdo yarışları iyulun 30-dək davam edəcək. İlk dörd gündə fərdi, son gündə isə komanda turniri keçiriləcək. Azərbaycan yarışda 12 cüdoçu ilə təmsil olunur.