Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdonun təşəkkül tapmasının 50 illiyi ilə əlaqədar hazırlanmış yubiley loqosunu təqdim edib.
Fanat.Az xəbər verir ki, loqo yapon dilində xarici sözlərin yazılması üçün istifadə edilən “katakana” metodu əsasında hazırlanıb və stilizə edilmiş “50” rəqəmini nümayiş etdirir.