Bu gün İtaliyanın Riççone şəhərində cüdo üzrə Açıq Avropa turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 8 təmsilçisi tatami üzərinə çıxacaq.
81 kq
1/16 final. Rüstəm Orucov - Qevorq Manukyan (Ukrayna)
1/16 final. Səid Mollayi - Şamil Dzavbatırov (Almaniya) / Lorenzo Parodi (İtaliya) cütünün qalibi
1/16 final. Zelim Tçkayev - Joa Fernando (Portuqaliya) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi
90 kq
1/16 final. Murad Fəriyev - İvaylo İvanov (Bolqarıstan)
100 kq
1/8 final. Zelim Kotsoyev - Ris Tompson (Böyük Britaniya)
1/16 final. Məmmədəli Mehdiyev - Andres Felipe Moreno (İtaliya)
+100 kq
1/8 final. Uşanqi Kokauri - Movli Borçaşvili (Avstriya)
1/8 final. Camal Qamzatxanov - Mustafa Fofana (Qvineya)
Qeyd edək ki, 35 ölkədən 376 (228 kişi, 148 qadın) cüdoçunun qatıldığı Açıq Avropa turnirinin ilk günündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayıb. Onlardan Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) gümüş medal qazanıblar.