18:00 02.10.2022 793

"Dünya çempionatında 11 medal mümkündür" - Rəşad Rəsullu

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Fanat.Az-a müsahibə verib.

Qurum rəsmisi 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlıq və yığmanın mundialda imkanları ilə bağlı suallarımızı cavablandırıb.

- Rəşad bəy, Azərbaycan cüdoçularının mundiala hazırlığı barədə məlumat verərsiniz.

- Kişilərdən ibarət yığma dünya çempionatının hazırlığına iyunun 28-dən etibarən, Polşanın Zakopane şəhərində başladı. Orada üç həftəlik təlim -məşq toplanışının ardınca Göygöldə bir neçə ölkənin iştirakı ilə hazırlıq prosesi baş tutdu. Ardınca cüdoçularımız İtaliyanın Riççone şəhərində sınaq xarakterli yarışda qüvvəsini sınadı və elə həmin şəhərdə bir neçə günlük təlim-məşq toplanışına qatıldı. Son hazırlıqlar isə Bakıda keçirilib.

- Yığmanın heyətində iki cüdoçu - Kəramət Hüseynov və Orxan Səfərov uzun müddət idi ki, zədəliydi. Bu səbəbdən onlar Sofiyadakı Avropa çempionatı da daxil olmaqla, bir neçə turniri buraxmalı oldular. Son vaxtlarda yarış təcrübəsinin azlığı onların dünya çempionatında çıxışına təsirini hansı ölçüdə göstərə bilər?

- Kəramət dörd, Orxan üç ay tam gücü ilə məşq edə bilmədi. Hər ikisi Avropa çempionatına yollansaydı, çox güman ki, bizim oradakı medallarımızın sayı daha çox olardı. Təbii ki, bu məqam onların dünya çempionatına hazırlığına təsirsiz ötüşməyə bilməzdi. Lakin hər iki cüdoçu - xüsusən də Orxan - kifayət qədər təcrübəli idmançılardır. Onların hər ikisini məşqçilər İtaliyadakı turnirdə sınaqdan keçirtdi. Bildiyiniz kimi, Orxan orada gümüş medal qazandı. Kəramət isə öz çəkisində yox, 66 kiloda çıxış elədi. İndiki halda, Kəramət millimizin 60 kiloqram çəki dərəcəsində lideridir. Ümid edirik ki, həm Kəramət, həm Orxan Daşkənddə özünü yaxşı tərəfdən göstərəcəklər.

- Qadınların DÇ-yə cəmi iki nəfərlik heyətlə qatılması nə ilə bağlıdır? 

- Yeni qaydalara əsasən, reytinqin ilk "yüzlüy"ündə yer alanlar dünya çempionatında iştirak edə bilər. Yaxud da gənclərin reytinqində ilk "16-lıq"da olanlara bu hüquq verilir. Yuxarı çəkilərdə bizim hələlik elə idmançılarımız yoxdur. Amma aşağı çəkilərdə Leyla və Gültacdan başqa, sözügedən kriteriyalara uyğun gələnlər var idi. Məşqçilər daha optimal variantı seçiblər. 

- Bu, o deməkdir ki, yığma yenə komanda yarışından kənarda qalacaq. Avropa çempionatından sonra sizdən bu barədə soruşmuşdum, yenə həmin mövzuya qayıdaq: Qadınların yuxarı çəkilərində milliləşdirmə gözlənilirmi? 

- Yuxarı çəkilərdə bir çox ölkələrdən yığmamızda çıxış etməklə bağlı müraciətlər olur. Lakin həmin idmançılar artıq karyeralarının sonunu yaşayanlardır. Doğrudur, hazırda kişilərdən ibarət millinin üzvü olan Səid Mollayi də yaşlı idmançı sayılır. Amma o, son olimpiya finalçısıdır, formadadır. Hələ Paris Olimpiadasınadək yüksək səviyyədə olacağına inanırıq. Həmin qadın idmançılarınsa bu günədək elə yüksək nəticəsi də olmayıb. Nəticəsi olan idmançıları isə müvafiq federasiyalar buraxmaq istəmirlər. Ümumiyyətlə, bizim qadın cüdoçulardan əsas gözləntilərimiz qarşıdakı yox, sonrakı Olimpiada ilə bağlıdır. Yeniyetmələrdə, gənclərdə yetərincə perspektivli idmançılarımız var.

- Kişilərin çalışdırıcısı Riçard Trautmanın təyinatından 7 ay keçir. Odur ki, bu dünya çempionatında artıq baş məşqçi işi özünü göstərməlidir. Ötən müddətdə əsasən hansı çatışmazlıqlar üzərində iş aparılıb?

- Bizdə həmişə kumi kata, yəni tutmalar problemli olub. Xüsusilə bunun üzərində iş aparılır. Trautman ne-vazalara, başqa sözlə, parterə xüsusi diqqət yetirir. Ayrılıqda, performans direktorun rəhbərliyi ilə mütəmadi olaraq analizlər aparılır, görüşlər, buraxılan səhvlər təhlil edilir. Dünya çempionatına hazırlıqda buna böyük diqqət yetirilib. İdmançılarımızın rəqibləri ayrı-ayrılıqda geniş təhlil olunub.

- Neçə medal mümkündür? 

- 11 cüdoçu varsa, 11 də medal mümkündür.

- Əsas medal ümidləriniz kimlərdir?

- Ad çəkmək istəmirəm. Amma bizim kişilərdə əksər çəkilərdəki cüdoçularımız dünya çempionatında bu vaxtadək medal qazanıblar. Digərlərinin isə Avropa çempionatlarında, "Dünya Turu" seriyasında mükafatları var. Odur ki, hər birindən uğurlu çıxış gözləməyə dəyər. Mən hətta qadın cüdoçularımızdan da yaxşı çıxış gözləyirəm.

- Bəli, dünya çempionatlarında yetərincə medallarımız olub. Amma baş mükafat sadəcə bir dəfə qazanılıb və həmin tarixdən də artıq 9 il keçir. Odur ki, bütün cüdosevərləri düşündürən qızıl medaldır. İndiki halda da buna iki daha real namizəd var. 

- Siz yəqin ki, Hidayət Heydərov və Səid Mollayini nəzərdə tutursunuz.

- Bəli.

- Əksəriyyət onlardan qızıl medal gözləyir. Amma məncə, onların da üzərinə ağır məsuliyyət yükləmək düz olmaz. Hər şeyi tatami göstərəcək. Ola bilər ki, onlardan biri yox, başqa cüdoçumuz özünü ən yaxşı tərəfdən göstərsin. Bu, cüdodur. Sürprizlər həmişə mümkündür.

- 73 kiloqram çəki dərəcəsində yaponiyalı ikiqat olimpiya üçqat dünya çempionu Şohey Ononun bu mundialda olmaması, sizcə, idmançılarımızın şanslarını nə dərəcədə artırır?

- Düşünmürəm ki, Şohey Ononun olmaması şanslara böyük ölçüdə təsir edir. Onun olduğu yarışlarda da bizim idmançılarımız qızıl medala iddialı olublar. Ono yoxdur, gürcü Laşa Şavdatuaşvili, digər yaponiyalı Soiçi Haşimoto, yerli cüdoçu, italiyalı idmançılar və digərləri var. Ümumiyyətlə, 73 kiloqram kifayət qədər rəqabətli çəkidir.

- Aydındır. Amma bu, böyük faktdır ki, adıçəkilən idmançı uzun illərdir fərdi yarışlarda uduzmur. Son 8 ildə yeganə məğlubiyyəti Tokio-2020-nin komanda yarışında almaniyalı İqor Vandtke ilə görüşdə olub. Bizim idmançılarımızdan Rüstəm Orucov zaman-zaman ya birbaşa, ya dolayısı ilə onunla döyüşməyin mümkün olmadığını dilə gətirib. Haşimoto və digərlərinə qarşı isə belə çəkingənlik yoxdur.

- Maraqlıdır ki, Ononun sonuncu məğlubiyyəti elə sonuncu döyüşünə təsadüf edib. Yenə deyirəm, Hidayət və Rüstəm həqiqətən qızıl medalı qazanacaq gücdədirlərsə, Ononun olub-olmaması çox şeyi dəyişmir.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
21:02

MPL: "Turan Tovuz" "Neftçi"yə uduzur - YENİLƏNİR

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

Facebookdan bizi izləməyi unutmayın.
X