Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəni iki bürünc medalla başa vurublar.
Fanat.Az xəbər verir ki 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev bürünc medal uğrunda görüşdə Toma Nikiforova (Belçika) "vaza-ari" xalıyla qalib gələrək bürünc medala sahib çıxıb.
Daha əvvəl yalnız Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub. Mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.
***
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Kayl Reyeslə (Kanada) üz-üzə gəlib.
Rəqibinə "ippon"la uduzan Kotsoyev bürünc medal uğrunda mübarizə aparacaq.
***
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində son iki dünya çempionatının qalibi Jorje Fonsekaya (Portuqaliya) qalib gəlib.
O, finalın bir addımlığında kanadalı Kayl Reyeslə üz-üzə gələcək.
***
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda İsveçrə təmsilçisi Daniel Eyxə qalib gəlib.
Kotsoyev daha sonra qazaxıstanlı Nurluxan Şarxanı mübarizədən kənarlaşdırıb. Onun növbəti görüşü ikiqat dünya çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı portuqaliyalı Jorje Fonsekaya qarşı olacaq.