İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatında unikal göstəriciyə imza atıb.
Fanat.Az xəbər verir ki, onun mundiallarda "çərçivə"yə endirdiyi 7 zərbənin hamısı qolla nəticələnib.
Bunu DÇ tarixində indiyədək heç kim bacarmayıb.
Qeyd edək ki, İngiltərə millisi dünən Seneqal yığmasını 3:0 hesabı ilə yenərək adını 1/4 finala yazdırıb. Keyn ilk yarıya əlavə edilmiş vaxtda rəqib qapısına yol tapıb. Sözügedən futbolçu afrikalılarla oyunun ən yaxşı futbolçusu seçilib.
Nihat