Bu gün İsveç çempionatında növbəti turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının yeni klubu "Yurqorden" 17-ci tur çərçivəsində "Elfsburq"la üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Musanın məhz liderlə oyunda meydana çıxaraq debüt etmək şansı var. 21 yaşlı hücumçu ötən tur "Malmö" ilə görüş ərəfəsində özünü düşərgəyə çatdırsa da, işçi vizası yubandığı üçün onun debütü baş tutmamışdı. Artıq klubu futbolçumuz üçün hüquqi prosedurları tamamlayıb. Musa komandanın son məşqlərində özünü yaxşı tərəfdən göstərdiyi üçün yerli mətbuat onun "Elfsburq"la matçda meydana çıxa biləcəyini proqnozlaşdırır.
Musa Qurbanlı bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Elfsburq" çempionatın turnir cədvəlində 36 xalla 1-ci (15 oyun), "Yurqorden" isə 30 xalla 4-cüdür (16 oyun).