Xorvatiya millisinin futbolçusu İvan Perişiç Qətərdə keçirilən dünya çempionatında "dama-damalar"ın sabiq forvardı Davor Şukerin rekordunu təkraralayıb.
Fanat.Az xəbər verir ki, Perişiç buna 1/8 final mərhələsində Yaponiya ilə görüşdə qol vuraraq nail olub.
O, Xorvatiyanın mundiallardakı bombardiri, hesabında 6 qol olan Davor Şukerə çatıb.
Perişiç həmçinin Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu və İsveçrə millisinin üzvü Cerdan Şakiri ilə birlikdə son 5 böyük turnirin hər birində fərqlənməyi bacaran üçüncü oyunçu olub.
Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan oyunun penaltilər seriyasında Yaponiyanı üstələyən Xorvatiya yığması DÇ-2022-nin 1/4 final mərhələsinə yüksəlib. Avropa təmsilçisi bu raundda dekabrın 9-da Braziliya ilə qarşılaşacaq.
Nihat