Ötən gün keçirilən DÇ-2022-in finalında Argentina millisi Fransa yığmasını məğlub edərək (3:3, pen-4:2) dünya çempionu adını qazandı.
Fanat.Az xəbər verir ki, "İctimai TV"nin efirində yayımlanan matçda oyunun şərhçisi Tural Dadaşovun çıxışı diqqət cəlb edib.
O, Argentinanın qələbə sevincini qeyd etdiyi anda bu sözləri səsləndirib:
"Cənab rejissor, yuxarını göstərmək lazımdır. Səmanı çəkin. Maradonanı göstərin bizə. Əminəm ki, o, buludları aralayıb baxır bu oyuna. Dieqo xoşbəxtdir. Argentina dünya çempionudur. Onun üçün də döyüşdülər. Maradona üçün oynadılar".
Qeyd edək ki, Tural Dadaşov oyunu Gündüz Abbaszadə ilə birgə şərh edib.
Röya