Braziliya millisinin sabiq hücumçusu Ronaldo Argentina seçməsinin DÇ-2022-nin qalibi olmasına, eləcə də sözügedən yığmanın lideri Lionel Messinin ilk dünya çempionluğunu qazanmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, əfsanəvi veteran fikirlərini şəxsi "Twitter" hesabı üzərindən ictimaiyyətə çatdırıb:
"Bu oğlanın sərgilədiyi futbol istənilən rəqibi çaşbaş qoyur. Möhtəşəm alınan finalda dünyanın bütün yerlərindən olan insanların, eləcədə də çox sayda braziliyalının Messiyə azarkeşlik etdiyini gördüm.
Əlbəttə, dahi belə vidaya layiq idi. O, dünya çempionluğunu yalnız bu mundialın ulduzu yox, həm də bütün epoxanın kapitanı kimi qazandı".
Xatırladaq ki, Qətərdəki mundialda çıxdığı 7 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Messi turnirin ən yaxşı futbolçusu olub.
Nihat