DÇ-2022-nin qalibi olan Argentina millisinin qazandığı ümumi mükafatın məbləği bəlli olub.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "tanqoçular" 52 milyon dollar qazanıb.
Bu məbləğin 10 milyon dolları Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), 42 milyon dolları isə FİFA tərəfindən ödəniləcək.
Qeyd edək ki, Argentina finalda Fransanı oyunsonrası penaltilərlə üstələyərək tarixində 3-cü dəfə dünya çempionu ünvanına sahib çıxıb.
Nihat