Argentina millisinin və Milan "İnter"inin hücumçusu Lautaro Martines komandasının DÇ-2022-nin qalibi olmasından danışıb.
Fanat.Az xəbər verir ki, "TyC Sports" onun dediklərini belə çatdırıb:
"Bu, möhtəşəmdir! Hələ ölkənin futbol tarixində qaldığımızı dərk etməyə imkan tapmamışıq...
Düzü, şəxsən bir qədər kədərliyəm. Çünki dünya çempionatını istədiyim kimi keçirə bilmədim. Amma komanda şəklində uğura imza atdığımız üçün şadam. İnanılmazı reallaşdırdıq! Çox xoşbəxtəm! Komanda yoldaşlarıma, ailəmə və Argentina xalqına minnətdaram. Gözləyin, qələbəni bir yerdə bayram etməyə gəlirik! Biz bu sevincə layiq idik".
Xatırladaq ki, 90 dəqiqəsi 2:2 hesabı ilə bitən finalın əlavə vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən Argentina Fransanı yenərək (4:2) tarixində 3-cü dəfə dünya çempionu adını qazanıb.
Nihat