Xorvatiya millisinin və Şotlandiyanın "Seltik" klubunun müdafiəçisi Yosip Yuranoviç karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb" yayıb.
Xəbərə görə, Yuranoviçin xidmətində "Barselona" maraqlıdır. Kataloniya təmsilçisinin nümayəndələrinin Yuranoviçin DÇ-2022-də sərgilədiyi oyundan məmnun qaldıqları və onu mümkün qədər tez transfer etməyə çalışacaqları bildirilib.
Qeyd edək ki, Xorvatiya seçməsi 3-cü yer uğrunda görüşdə Mərakeşi yenərək (2:1) mundialın bürünc medallarını qazanıb. Yosip dünya birinciliyində 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat